Əsas mövzuya keçid

Ekspert Şəbəkəsi nədir?

Miqrasiya üzrə Regional Tədris Mərkəzinin (MRTM) Ekspertlər Şəbəkəsini (EŞ) burada təlim keçirən, dünyanın müxtəlif ölkələrindən miqrasiya sahəsinin müxtəlif aspektləri üzrə ixtisaslaşmış təlimçi, peşəkar mütəxəssis, ixtisas üzrə məsləhətçi və ekspertlər qrupudur. Onlar həmçinin, miqrasiya sahəsində olan cari problem və tendesiyaların təhlili üzrə və məsləhətçi qismində peşəkar biliklərə malikdir.

Beynəlxalq partnyor və Tərəfdaş dövlətlərin yaxından iştirakı ilə seçilən miqrasiya məsələləri üzrə icraçı, təlimçi, hüquqşünas, akademik və digər sahələr üzrə mütəxəssislər Ekspertlər Şəbəkəsini (EŞ) təşkil edir. MRTM -də təşkil olunan təlim programını uğurla başa vuran iştirakçılar gələcək potensialın yaradılması təşəbbüslərini dəstəkləmək üçün EŞ-nə cəlb olunacaqlar.

Ekspertlər Şəbəkəsi MRTM tərəfindən idarə olunur. EŞ-ni kişi və qadın işçiləri bərabər sayda təmsil edərək, burada gender balansını təmin edir. Şəbəkəyə üzvlük vaxt və ya iştirakçıların sayı ilə məhdudlaşdırılmır.

Üzvlük pulsuzdur.


Təsəvvür:

Onlayn, üz-üzə, elektron təlimlərin keçirilməsi, tədqiqat araşdırmaların aparılması, yeni təkliflərin təqdimatı, miqrasiya sahəsində təcrübə və bilik mübadiləsi, MRTM üçün müxtəlif mütəxəssislərin yetişdirlməsi və s. kimi fəaliyyətlərin təkmilləşdirilməsi üçün təkliflərin irəli sürülməsində Ekspertlər Şəbəkəsi yaxından iştirak edir.

Hər bir Şəbəkə eksperti ən azı bir MRTM-in təlim modulu üzrə ixtisaslaşmış olmalıdır. Mütəxəssislərin müxtəlif mövzularda video, təqdimat və məqalələr yerləşdirdikləri özlərinə məxsus olan bloqları mövcud ola bilər.

EŞ-nin davamlı olması MRTM-də təlim imkanlarının təmin edilməsi üçün ilkin şərtdir.


Bu necə işləyir:

Ekspertlər, şəbəkəyə MRTM-in rəhbərliyi tərəfindən qəbul edilir və bundan sonra, onlar MRTM-in internet saytında öz kabinetlərini yaratmaq imkanına malik olurlar. Hər bir Tərəfdaş dövlət və ya beynəlxalq partnyorlar EŞ-nə qoşulmaq üçün ekspert namizədliyini irəli sürə bilər və ya ekspert öz xahişi ilə şəbəkəyə qoşula bilər.

Müvafiq təlim və digər layihələrə mütəxəssislər elektron poçtla dəvət alır. Onlar həmin təklifləri qəbul edib və ya etməyə bilər. Bundan əlavə, ekspertlər MRTM-in elektron poçtu və ya telefon vasitəsilə öz fikir və təkliflərini çatdıra bilər.

Tərəfdaş dövlətlərin nümayəndələri tədqiqat və ya digər məsələlərlə bağlı ekspertlərlə əlaqə saxlaya bilər. EŞ miqrasiya üzrə xüsusi bilik tələb edən, yaranan mürəkkəb vəziyyətlərlə bağlı suallara cavab almağa yardım edəcək.


Daxili və Xarici kommunikasiya vasitələri:

MRTM daxilində olan şəbəkə ekspertləri daxili və xarici kommunikasiyalar vasitəsilə əməkdaşlıq yarada bilər.


Daxili kommunikasiya:

Ekspertlər, “Ekspert Bloqu” vasitəsilə təcrübə, bilik, rəy, araşdırma apararaq, fikir və dəyərli məlumatların mübadiləsi kimi müxtəlif yollarla bir-birinə dəstək göstərə biləcəklər.

Şəbəkə üzvləri vaxtaşırı keçirilən rəhbər toplantısı zamanı da görüşmək imkanını qazanacaq. Bu görüşlər zamanı onlar miqrasiya sahəsində müxtəlif aspektlərə dair öz fikir, mülahizə və təcrübələrini bölüşür, gələcək təlimlərin və həmçinin şəbəkənin, eləcə də MRTM -in təkmilləşdirilməsi üçün təkliflər irəli sürə bilər.


Xarici kommunikasiya:

Xarici tərəfdaşlıq Tərəfdaşların dövlətlərin təşəbbüsü ilə keçirilən görüş, konfrans və digər tədbirlər vasitəsilə şəbəkə ilə tərəfdaş dövlətlərin hökumət orqanları, beynəlxalq təşkilatlar, QHT-lar, vətəndaş cəmiyyətləri və digərləri arasında əlaqələr əsasında qurulacaq.


İmkanlar:

  • Mərkəzdə təlimlərin keçirilməsi;
  • Miqrasiyanın müxtəlif aspektləri üzrə məsləhətlərin verilməsi;
  • Tədqiqat layihələrində iştirak;
  • Yeni ideyaların təqdim edilməsi;
  • Miqrasiya məsələləri ilə bağlı tədbirlərdə iştirak;
  • Nəşr, məqalə və bloq yazılarının dərc olunması, video dərslərin yazılması;
  • Miqrasiya siyasəti ilə əlaqəli olanların hamısı ilə ünsiyyət yaratmaq və s..

Şəbəkəyə qoşulma səbəbləri:

  • Maliyyə töhfəsinin alinması;
  • Təcrübənizin genişləndirilməsi;
  • Miqrasiya məsələləri ilə bağlı məlumatların alınması;
  • Şəbəkənin yaradılması və s.

Ödəniş:

Ödəniş tədbir/araşdırma/ideyalardan asılı olaraq dəyişəcək.