Müasir reallıqlar miqrasiya sahəsində yeni çağırışlar yaradıb və bu vəziyyətdə miqrasiyanın effektiv idarə edilməsinin təşkil olunması, o cümlədən müvafiq normativ hüquqi bazanın yaradılması bütün hökumət, özəl sektor, QHT, elm, media və s. kimi təşkilatlar üçün xüsusi əhəmiyyət kəsb edir. Bundan başqa, COVID-19 pandemiyasının yayılması nəticəsində yaranan vəziyyət, böhran dövründə miqrasiyanın idarə olunmasında birgə əməkdaşlığın vacibliyini bir daha vurğulayır. Məntiqi nəticə olaraq, son illərdə miqrasiya proseslərinin ölçüsü və mürəkkəbliyi tərəfdaşlığın gücləndirilməsi, habelə miqrasiya sahəsində mütəxəssislərin hazırlanması və inkişafı üçün əlavə tədbirlərin həyata keçirilməsi, habelə miqrasiya ilə bağlı potensial və biliklərin formalaşdırılması üçün zərurət yaradır.
Lakin regionumuzda miqrasiya sahəsində ixtisaslaşmış təhsil və təlim platformalarının, miqrasiya üzrə mütəxəssis sayının və həmçinin miqrasiya ilə bağlı xüsusi təhsil kurikulum və akademik tədqiqat işlərinə çıxış imkanların məhdud sayda olması, miqrasiya məsələlərinə cavabdeh olan müvafiq qurumlar üçün yeni problemlər yaradır. Bununla bağlı Beynəlxalq Miqrasiya Təşkilatının İnkişaf Fondunun (BİF) maliyyə yardımı ilə , Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (DMX) və Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), regional səviyyədə miqrasiya sahəsində təlim təşkil keçirmək və peşəkarlığı artırmaq kimi fəaliyyətlərin inkişafı və dəstəklənməsi məqsədi ilə (bundan sonra “Layihə” adlanan) “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsini yaratmaq təşəbbüsünü irəli sürmüşdür.
Azərbaycan Hökuməti, regionun digər ölkələrinin və ianəçilərin dəstəkləri ilə, BMqT və IDF tərəfindən yaradılan səmərəli əməkdaşlıq və yardım çərçivəsində, regionda və onun ətrafında olan ərazilərdə miqrasiya sahəsində təhsil və təlim potensialının gücləndirilməsi baxımından effektiv vasitə yaratmaq məqsədi daşıyan yuxarıda qeyd olunan layihə 2020-ci ilin Noyabr ayından həyata keçirilir və tezliklə Miqrasiya üzrə Regional Təlim Mərkəzinin (MRTM) fəaliyyətə başlamasını nəzərdə tutur. MRTM, bölgə ölkələrində və kanarda miqrasiya agentliklərinin potensialının artırılmasına töhfə verəcək, eyni zamanda miqrasiya sahəsində marağı olan tərəflərin nümayəndələrinin hazırlanması üçün bir platforma olaraq, bir növ mütəxəssislər birləşməsini yaratmaqla əməkdaşlığı gücləndirəcək və miqrasiyanın müxtəlif aspektləri ilə bağlı olan məlumatların toplanmasına yardım edəcək. MRTM -in, müasir təhsil metodları və modullarına əsaslanaraq, miqrasiya sahəsində yüksək ixtisaslı mütəxəssislər hazırlayacaq fərqli maraqlı tərəflər üçün bir təhsil müəssisəsi və bilik mərkəzi olması planlaşdırılır.
MRTM -in qonşu ölkələrə, eləcə də Mərkəzi Asiya, Yaxın Şərq və Şərq Tərəfdaşlığı ölkələri və bunlardan kənar ölkələrə xidmət göstərməsi gözlənilir.
Layihədə iştiraka dəvət olunan ölkələr arasında tarixi və mədəni əlaqələr, eləcə də miqrasiyanın dinamikası bu proseslərin həmin ölkələrin maraqlarına uyğun və qabaqcıl metodlar əsasında təkmilləşdirilməsini təmin edir. Bu baxımdan Mərkəz, bu ölkələr arasında nizamlı və qanuni miqrasiyanın təşviqinə və ən yaxşı təcrübələrin paylaşılması, eləcə də müxtəlif formatlarda əməkdaşlığın təşviqi yolu ilə bir inkişaf elementi kimi istifadəsinə töhfə verə bilər.