28
SeptemberMiqrasiya təlimi: Miqrasiyaya giriş. Əsas termin və anlayışlar
Sentyabrın 28-də Miqrasiya üzrə tədris mərkəzində, Dövlət miqrasiya xidməti (DMX) və Beynəlxalq miqrasiya təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyi tərəfindən “Miqrasiyaya giriş: əsas termin və anlayışlar” mövzusunda gənclər üçün bir günlük təlim keçirilib. Təlimdə seçim əsasında 15 gənc iştirak edib.
Tədbirin açılış və bağlanış mərasimlərində tədbirin fəxri qonaqları, Dövlət miqrasiya xidmətinin müdürü Vüsal Hüseynov və BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gyorgiyev iştirak ediblər.
Təlimdə miqrasiyanın əsas şərtləri, qlobal tendensiya və qeyri-hökumət təşkilatlarının, dövlət və beynəlxalq təşkilatların roluna dair təqdimatlar edilib. Təlimdə BMqT-nin nümayəndələri, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları və DMX yanında İctimai şuranın sədri Azər Allahverənov təlimçi qismində iştirak ediblər.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Rəylər