Əsas mövzuya keçid

Rtcm Author tərəfindən daxil edilən bloq qeydi

{mlang en}The Chief of the State Migration Service was a guest of the

Dövlət Miqrasiya Xidmətinin rəisi “Peşəkar Müzakirələr” layihəsinin qonağı olub

Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində Dövlət Miqrasiya Xidmətinin yeni layihəsi olan “Peşəkar Müzakirələr”ə start verilib.

Layihə ölkəmizdə yaşayan və müxtəlif sahələrdə fəaliyyət göstərən əcnəbi mütəxəssislərin öz təcrübələrini yerli mütəxəssislərlə bölüşməsinə, onlar arasında qarşılıqlı faydalı təcrübə və fikir mübadiləsinin həyata keçirilməsinə, əlaqələrinin gücləndirilməsinə imkan yaratmaq, eləcə də ölkədə peşəkar və akademik müzakirə prosesinin təşviqinə nail olmaq məqsədi daşıyır.

“Azərbaycanda miqrasiya idarəçiliyi” mövzusuna həsr olunmuş “Peşəkar Müzakirələr” layihəsinin ilk qonağı Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov olub.

Müzakirələrdə miqrasiya sahəsində fəaliyyət göstərən mütəxəssislər, bu sahəyə maraq göstərən gənclər və elmi dairələrin nümayəndələri iştirak edib.

Yeni layihəni açıq elan edən Xidmət rəisi onun imkanları barədə məlumat verib. Peşəkar mühitdə fikir və təcrübə mübadiləsinə şərait yaratmaq üçün bu istiqamətdə silsilə tədbirlərin keçirilməsinin önəmini diqqətə çatdırıb. Azərbaycanda miqrasiya idarəçiliyinin əsas istiqamətləri, tətbiq olunan qabaqcıl və innovativ təcrübələrindən danışıb. Bu qəbildən müzakirələrin həyata keçirilməsinin miqrasiya ilə bağlı məsələlərdə ümumcəmiyyət yanaşmasının tamamlanmasına töhfə verdiyi qeyd olunub.

Səmimi və məhsuldar keçən müzakirələrdə miqrasiya ilə bağlı bir sıra məsələlərə diqqət çəkilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

  • Paylaş

Rəylər