
Mərkəz həmçinin gənclər, özəl sektor, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərin miqrasiya ilə bağlı məsələlərin daha mükəmməl şəkildə idarə olunmasına töhfə verəcək yeni və innovativ ideyaları formalaşdırmaq üçün özündə lazımi məlumatları birləşdirən innovasiya laboratoriyası kimi fəaliyyət göstərəcək. İnnovasiya laboratoriyası yeni perspektivlər açmaq, cəmiyyətin bütün üzvlərinə fayda vermək miqrasiya ideyalarının və innovativ üsullarının birgə yaradılmasını təşviq etmək üçün müxtəlif ölkələrdən və sektorlardan olan miqrasiya ekspertlərini bir araya gətirəcək.
Laboratoriya gənclərə miqrasiya prosesinin çətinliklərindən və eyni zamanda potensial imkanlarından məlumat verən, onların potensialını gücləndirən və innovativ həllərin asanlaşdıran bir tətbiq kimi fəaliyyət göstərəcək. Bunların hamısı, stimullaşdırıcı fəaliyyətlərin (müxtəlif növlü qrant əsaslı müsabiqələr, təşəbbüslər) effektiv əlaqələndirmənin yaradılması və həyata keçirilməsi yolu ilə mümkün olacaq. Qeyd olunanlar mövcud qanunverik, təcrübə, nəzəriyyə, metodologiya və s. sahələrdən məlumatları tamamlayan və onlara lazımi düzəliş edə bilən, ümumilikdə yeniliklər yarada biləcək yeni ideyaların işlənib hazırlanması məqsədi ilə müasir startap metodikalardan istifadə edəcək sürətli texnoloqiyaların yaradılmasını əhatə edəcəkdir. Bunlar, rəqəmsal transformasiya, yeni layihələrin həyata keçirilməsi, yeni ianəçilərin tapılması və digər kimi təkliflər ola bilər.