
Mərkəz miqrasiya və insan mobilliyi sahəsində hədəf qruplar üçün xüsusi olaraq hazırlanmış, nəzəri biliklərə, eləcə də təcrübə bacarıqlara diqqət yetirməklə bilik potensialının artırılması üzrə proqramlar təklif edəcəkdir. Proqram çərçəvəsində iştirakçılar əsas təlimatçi qrupun, sahə üzrə miqrasiya ekspertlərin və tanınmış beynəlxalq təşkilatların, ekspert mərkəzlərin və müxtəlif ölkələrin ali təhsil müəssisələrinin qonaq mühazirəçilərin faydalı məlumatlarından faydalanacaq.
Mərkəz hədəf qruplarına aşağıdakı dörd fəaliyyət üzrə xüsusi bilik əldə etmək üçün şərait yaradacaq:
• Tədqiqat işləri
• Xüsusi təlimlər
• Bilik mərkəzi və mütəxəssislər şəbəkəsi
• İnnovasiya laboratoriyası
I. TƏDQİQAT İŞLƏRİ
Bu fəaliyyətə miqrasiya sahəsində tədqiqatların aparılması, eləcə də metodik işin təşkilinin və təkmilləşdirilməsinin təmin edilməsi daxildir. Mərkəz tədqiqat və təlim fəaliyyətlərini birləşdirəcək və onun tədqiqat missiyası regional və beynəlxalq kontekstlərdə miqrasiya prosesinin bütün aspektlərinə dair yeni anlayışlar təqdim etməkdən ibarət olacaq. Beləliklə, mərkəzin tədqiqat fəaliyyəti miqrasiya məsələlərinin geniş spektrini və bütün digər əlaqəli sahələri əhatə edəcəkdir. Mərkəzin elmi-tədqiqat fəaliyyətinin səmərəli təşkili üçün müvafiq yerli universitet/tədqiqat mərkəzlərin arasında əlaqələrin inkişafı, həmin tədris ocaqlara koordinator təyin edilməsi, onlar arasında şəbəkənin yaradılması və müntəzəm əlaqələrin saxlanılması mühüm əhəmiyyət daşıyır. Tədqiqat mərkəzlərinə/tərəfdaş universitetlərə miqrasiya sahəsində mövzular təqdim olunacaq və tədqiqatçılar/tələbələr bu mövzularda məqalə/kurs və ya diplom işlərini tərtib edib, miqrasiya sahəsində davamlı təhlillər aparacaq. Tədqiqatın nəticələri məlumat bazasında yerləşdiriləcək və Mərkəzdə təşkil olunacaq kurs və təlimlərdə istifadə olunacaq.
ii. XÜSUSİ TƏLİMLƏR
Mərkəzin əsas təyinat məqsədini təmin etmək üçün miqrasiyanın müxtəlif aspektlərini əhatə edən ardıcıl kurs və təlimlər təşkil olunacaq. Qeyd olunan təlim işləri çərçivəsində, universitet, xarici həmkarlar, dövlət strukturları, özəl və mülki sektor, mətbuat və s. kimi təşkilatlarən tələblərinə cavab vermək üçün, xüsusi auditoriyaya yönəlmiş dil kursları, yay/qış məktəbləri, qısa və uzunmüddətli kurslar, sertifikasiya proqramları, onlayn təlim, müəllim təlimləri və s. kimi tədris işləri ilə məhdudlaşmayan müxtəlif fəaliyyətlər təşkil olunacaq. Mərkəzdə eyni vaxtda 40-50 nəfər üçün fərdi və ya onlayn təlim keçirmək imkanın yaradılması nəzərdə tutulur. Kursların/təlimlərin təşkili iki əsas istiqaməti əhatə edəcək: yerli və regional. Yerli tələblərə uyğun olaraq Azərbaycan Respublikasının miqrasiya orqanlarının və digər aidiyyəti qurumlarının əməkdaşları üçün kurslar təşkil olunacaq. Regional istiqamətə aid aspektlər isə iştirakçı dövlətlərin miqrasiya orqanlarının və digər müvafiq qurumlarının əməkdaşlarını əhatə edəcəkdir. Mərkəzin təlim proqramları miqrasiyanın idarə olunması, miqrasiya və inkişaf, miqrasiya siyasəti, əmək miqrasiyası, müdafiə, təhlükəsizlik, qanunvericilik, sığınacaq, gender problemləri, iqlim dəyişikliyi və bir çox digər miqrasiya ilə bağlı mövzular kimi geniş spektrli məsələləri əhatə edəcək. Mövzular müvafiq nazirlik və müxtəlif təşkilatlardan olan miqrasiya sahəsində çalışan tədqiqatçılar və dəvət olunan elm adamları tərəfindən mühazirə, seminar, interaktiv müzakirə, debat və s.kimi təlim vasitələrin istifadəsilə o cümlədən onlayn və ya virtual interaktiv sessiyalar daxil olmaqla təqdim olunacaq. Hazırkı reallığı nəzərə alaraq, klassik tədris və təlim formaları ilə yanaşı, onlayn təlimlərin təşkil olunmasının əhəmiyyəti yüksəkdir. Rəqəmsal alət sayılan onlayn təlim platformaları daha geniş əhatə dairəsini təmin etmək üçün mühüm rol oyanyır. Belə ki, Mərkəzdə distant təhsilin səmərəli təşkili üçün virtual platforma yaradılacaq. Bu tipli təlimlər zamanı onlayn təlim, videokonfrans, podkast, video dərs və onlayn testlər təqdim olunacaq. Onlayn təlimlər iştirakçıları bir sıra alətlərlə tanış edəcək, eyni zamanda onların müxtəlif qiymətləndirmə üsulları vasitəsilə effektiv monitorinqini təmin edəcək. Bunlara qısa yazılı tapşırıq, sənəd, təqdimat, şifahi qiymətləndirmə, qrupda iştirak və onlayn qrup kimi işilər daxildir.
iii. BİLİK MƏRKƏZİ VƏ EKSPERT ŞƏBƏKƏSİ
Mərkəz müxtəlif maraqlı tərəflər üçün bilik mərkəzi rolunu oynayacaq, praktikantların yeni bacarıqların inkişafı üçün imkan yaradaraq onlara dəstək olacaq. Bilik mərkəzi fikir və məlumat mübadiləsinə yardım edib, daha güclü əməkdaşlığı təşviq etmək üçün istifadəyə veriləcək. Bunların nəticəsində Mərkəzin müdavimləri innovativ təlim üsulları vasitəsilə yüksək keyfiyyətli təlim alacaq.
Bundan başqa, qeyd olunan fəaliyyət miqrasiya, qaçqın, sığınacaq, əmək miqrasiyası, vətəndaşlıq, insan alveri, məcburi köçkün, təhlükəsizlik və s. sahələr üzrə ekspertlər şəbəkəsinin yaradılmasını əhatə edəcək. Ekspert şəbəkəsinə həm beynəlxalq, həm də milli ekspert, o cümlədən miqrasiya üzrə mütəxəssis, hüquqşünas və akademiklər daxil olacaq, və onlar yerli və xarici universitetlərin, beynəlxalq təşkilatların, dövlət orqanlarının və s.-nin iştirakı ilə seçiləcək. Görülən işlərin nəticəsində, mütəxəssis mərkəzi yaranacaq. Mərkəz təlimçilərin sayı artırılaraq, həmçinin elektron kitabxanasını yaradaraq fəaliyyət göstərəcək. Bundan əlavə, bu fəaliyyət regional səviyyədə görüş, seminar, səfər və ekspert missiyalarını təşkil edərək mübadilə imkanlarının inkişafını təmin edəcək.
iv. İNNOVASİYA LABORATORİYASI
Mərkəzdə həmçinin gənclər, özəl sektor, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərin miqrasiya ilə bağlı məsələlərinin daha yüksək səviyyədə idarə olunmasına töhfə verəcək yeni və innovativ ideyaların formalaşdırılması üçün səyləri birləşdirən innovasiya laboratoriyası yaradılacaq. Laboratoriya gənclərin biliklərini artıracaq və miqrasiyanın çağırışlarına və imkanlarına cavab vermək üçün onların potensialını açmaq məqsədilə innovativ həllərin tətbiqini asanlaşdıracaq. Bu, stimullaşdırıcı fəaliyyətlərin (müxtəlif növ qrant əsaslı müsabiqələr, təşəbbüslər) effektiv əlaqələndirilməsinin yaradılması və həyata keçirilməsi yolu ilə mümkün olacaq. Bu fəaliyyət mövcud qanunvericiliyi, təcrübəni, nəzəriyyəni, metodologiyanı və s.-ni tamamlaya və onlara düzəlişlər edə bilən, ümumilikdə yeniliklər yarada bilən yeni ideyaların işlənib hazırlanması məqsədi ilə çevik startap metodlarından istifadə edəcək akseleratorların yaradılmasını əhatə edəcəkdir. Bunlara, rəqəmsal transformasiya, yeni layihələrin həyata keçirilməsi, yeni sponsorların tapılması və digər təkliflərin təqdim olunması daxil ola bilər.
GÖZLƏNTİLƏR
Fəaliyyət istiqamətləri nəzərə alınmaqla Tədris Mərkəzinin ümumi fəaliyyəti aşağıdakılara töhfə verəcək:
• miqrasiya sahəsində siyasət qurulması prosesini təmin edən geniş sübut, məlumat və resurslara çıxışın asanlaşdırılması.
• ehtiyac və tələblərə əsaslanan tədqiqatların təşviqi üçün akademiya və təcrübə arasında effektiv koordinasiya mexanizminin yaradılması.
• hədəf qrupların ehtiyaclarına uyğun olaraq xüsusi hazırlanmış kursların hazırlanması.
• virtual təlim vasitəsilə miqrasiya potensialının gücləndirilməsi sahəsində əhatə dairəsinin genişləndirilməsi.
• miqrasiyanın idarə edilməsi sahəsində səmərəli məlumat mübadiləsi və qabaqcıl təcrübələrin istifadəsi.
• miqrasiyanın bütün maraqlı tərəfləri arasında tərəfdaşlığın təşviqi
• miqrasiya idarəçiliyində əsas tərəfdaş olaraq gənclərin cəlb edilməsi.
• innovativ fikir, eləcə də bu sahədə startapları dəstəkləməklə miqrasiya idarəçiliyində innovasiyaların tətbiqi.