Əsas mövzuya keçid

Rtcm Author tərəfindən daxil edilən bloq qeydi

{mlang en}IOM Azerbaijan at award ceremony for of

IOM Azərbaycan “Miqrasiya Məktəbi - 4” layihəsinin iştirakçılarına sertifikatların təqdim edilməsi mərasimində




İyulun 18-də Dövlət Miqrasiya Xidmətində (DMX) Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyi və DMX-nin birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində həyata keçirilən “Miqrasiya Məktəbi - 4” layihəsinin bağlanış tədbiri keçirilib.

Açılış mərasimində çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov layihədə iştirak edən gəncləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, 2019-cu ildən hazırki tarixədək Dövlət Miqrasiya Xidməti tərəfindən uğurla reallaşdırılan 4 “Miqrasiya məktəbi” layihəsi gənclərin miqrasiya ilə bağlı biliklərinin artırılmasına və dövlət idarəçiliyinə dair məlumatlılıq səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verib.

Açılış nitqində BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri cənab Vladimir Qyorqiyev gənclərə miqrasiya sahəsində yeni bilik və təcrübə əldə etmək imkanı verən “Miqrasiya Məktəbi – 4” layihəsinin əhəmiyyətini vurğuladı.

“Mən şadam ki, BMqT Miqrasiya Xidmətinin tərəfdaşı kimi iştirakçı gənclərin gələcək karyerasında mühüm rol oynayacaq “Miqrasiya Məktəbi - 4” layihəsinin bir hissəsi olub”, - deyə cənab Gjorgjiev bildirib.

Sonda “Miqrasiya Məktəbi - 4” layihəsini uğurla bitirmiş iştirakçılara sertifikatlar təqdim olunub. Tədbirə müxtəlif dövlət qurumlarının, qeyri hökümət və beynəlxalq təşkilatların nümayəndələri də qatılmışdılar.

Dövlət Miqrasiya Xidmətinin təşəbbüsü ilə həyata keçirilən “Miqrasiya Məktəbi” layihəsi gələcəkdə müxtəlif sahələrdə çalışacaq gənclərin miqrasiya sahəsində biliklərinin artırılması, onlarda bu sahəyə maraq oyatmaq, peşəkar bacarıqlar aşılamaq, o cümlədən onları dövlət idarəçiliyi haqqında məlumatlandırmaq məqsədi daşıyır.

Qeyd edək ki, “Miqrasiya Məktəbi” layihəsinin iştirakçıları BMqT-nin Azərbaycan nümayəndəliyi və DMX tərəfinddən BMqT-nin İnkişaf Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda miqrasiya üzrə regional təlim mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində yaradılmış Təlim mərkəzində keçirilən təlimlərə müntəzəm olaraq qatılırlar.

Adı çəkilən layihə, regionda miqrasiya sahəsində hökümətlər və maraqlı tərəflər arasında geniş məlumat mübadiləsi, araşdırma və dialoqa xidmət edəcək miqrasiya üzrə regional təlim mərkəzi vasitəsilə Azərbaycan, MDB və digər xarici ölkələrdə miqrasiya idarəçiliyi sahəsində regional təhsil potensialını və əməkdaşlığı artırmağı hədəfləryir.




  • Paylaş

Rəylər